...

AİB Azərbaycanın daha bir şəhərində su təchizatı obyektlərinin tikintisi üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 14:19 (UTC +04:00)
AİB Azərbaycanın daha bir şəhərində su təchizatı obyektlərinin tikintisi üzrə tender elan edib
AİB Azərbaycanın daha bir şəhərində su təchizatı obyektlərinin tikintisi üzrə tender elan edib

Azərbaycan, Bakı, 14 fevral /Trend müxbir N. İsmayılova/

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda su təchizatı sistemi və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üzrə multitranş investisiya proqramının ikinci tranşı çərçivəsində maliyyələşdirilən Ağdaş şəhərində su təchizatı obyektlərinin və kanalizasiya şəbəkələrinin tikintisi üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın məlumatında deyilir.

Tender iki artezian quyusu, iki su anbarı, su paylayıcı şəbəkənin tikintisini (134 min metr), yolların bərpasını (107 min kvadratmetr), su sayğaclarının (7600 dəst) tədarükü və quraşdırılması daxil olmaqla evlərə qoşulmasını, kanalizasiya şəbəkəsi (121 min metr), kanalizasiya lyuklarının (1416 dəst) tikintisini, yolların bərpasını (110 min kvadratmetr), qoşulmaları (5250 dəst) əhatə edir.

Bu işlərin həyata keçirilməsi üzrə planlaşdırılan müddət 548 gündür. Tenderdə iştirakın qiyməti 100 manat və ya 130 dollar təşkil edir.

Əlavə məlumat almaq üçün "Azərsu" layihələrinin idarə edilməsi üzrə ofisin direktoru Azad Şərifov ilə əlaqə saxlaya bilərlər: (+99412) 5615976 (вdaxili 111, 103), faks: (+99412) 5615976 (daxili100), e-mail: [email protected]).

Sənədlər Dövlət Komitəsinə 2012-ci il 30 mart saat 16:00-dan gec təqdim edilməməlidir.

Xəbər lenti

Xəbər lenti