...

Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi yazda tam gücü ilə işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2012 12:53 (UTC +04:00)
Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi yazda tam gücü ilə işləyəcək
Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi yazda tam gücü ilə işləyəcək

Azərbaycan, Bakı, 15 fevral / Trend, müxbir E.İsmayılov /

Azərbaycan Nəqliyyat Nazirliyi mayadək Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılması çərçivəsində bütün avtobuslarda onların hərəkəti və sürücülərin işi ilə bağlı bütün məlumatların ötürülməsi üzrə əlaqənin saxlanması üçün lazım olan aparatların quraşdırılmasını başa çatdıracaq. Bu barədə çərşənbə günü Trend-ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, avadanlıqlar paytaxtda çalışan 2096 avtobusda quraşdırılıb.

"Hələlik bu aparatlar şəhərətrafı avtobuslarda quraşdırılmayıb, lakin maya kimi bu proses Bakıda çalışan bütün avtobusları əhatə edəcək", - Həsənov deyib.

Onun sözlərinə görə, nazirliyə avtobuslarda quraşdırılan aparatların işlək vəziyyətdə olmaması ilə bağlı sərnişinlərdən bir neçə müraciət daxil olub. Monitorinqlər nəticəsində avadanlıqların obyektiv səbəblərdən işləmədiyi məlum olub.

"Hazırda intellektual sistemin tətbiqinin birinci fazasının işə salınması prosesinin getməsi səbəbindən artıq bu avadanlıqların quraşdırıldığı bəzi avtobuslarda bütün zəruri proqramların yüklənməsini obyektiv səbəblərdən tam əhatə etmək mümkün deyil. Lakin mayda sistemin birinci fazası üzrə işlər tamamilə normaya salınacaq və o tam gücü ilə işləyəcək", - Həsənov deyib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, aparatların işləməsinə mane olan avtobus sürücüləri barəsində işdən qovulma kimi ən sərt tədbir həyata keçiriləcək.

Qeyd edək ki, Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminin ikinci fazasının tətbiqi sahəsində işlərə artıq 2012-ci ilin iyununda başlanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti