Azərbaycan, Bakı, 10 fevral/Trend müxbir E. İsmayılov/
Gürcüstan aeroportundakı duman səbəbindən aeroporta geri qayıdan Bakı-Tbilisi marşrutu üzrə reys yaxın müddətdə Gürcüstana uçacaq. Bu barədə şənbə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Aeroport nümayəndələrinin sözlərinə görə, reys ilə bağlı gecikmə Bakı vaxtı ilə saat 13:30-da verilib və təyyarə yaxın müddətdə marşrut üzrə uçacaq.
J2 223 reysi "Azərbaycan Hava Yolları" tərəfindən ATR 72-200 təyyarəsində həyata keçirilir.