...

Azərbaycan və Aktobe vilayətinin ticarət-sənaye palataları memorandum imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 16:38 (UTC +04:00)
Azərbaycan və Aktobe vilayətinin ticarət-sənaye palataları Bakıda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumu çərçivəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Azərbaycan və Aktobe vilayətinin ticarət-sənaye palataları memorandum imzalayıblar

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan və Aktobe vilayətinin ticarət-sənaye palataları Bakıda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumu çərçivəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Trend-in məlumatına görə, Sənədi Azərbaycan Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə və Aktobe vilayəti Ticari-Sənaye Palatasının sədri Abay Mırxin imzalayıblar.

Biznes forumda 100-dən çox iş adamı iştirak edir. Qazaxıstan nümayəndə heyətinə Aktobe vilayətinin başçısı Arximed Muxambetov rəhbərlik edir.

Qeyd edək ki, Aktobe vilayətinin Azərbaycanla mal dövriyyəsi 40 milyon dolları ötür ki, bu da vilayətin xarici ticarət tərəfdaşları arasında üçüncü yer deməkdir.

Xəbər lenti

Xəbər lenti