...

Bakıda qeyri-dəqiq reklamın yayımı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2012 20:19 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 80/12 ünvanında Gürlek Serapa məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "50% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.
Bakıda qeyri-dəqiq reklamın yayımı dayandırılıb

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 80/12 ünvanında Gürlek Serapa məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "50% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib. Bu barədə cümə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkarlanıb.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti