...

Qrinpis təşkilatı və Rusiya FHN təsdiq edir ki, Kostroma vilayətində dağılmış metanol təbiətə zərər vurmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2012 12:23 (UTC +04:00)
Rusiya Federasiyasının Kostroma vilayətində baş vermiş qəzadan sonra ətraf mühitə tökülən metanol ekologiya üçün təhlükəli deyil.
Qrinpis təşkilatı və Rusiya FHN təsdiq edir ki, Kostroma vilayətində dağılmış metanol təbiətə zərər vurmayacaq

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Rusiya Federasiyasının Kostroma vilayətində baş vermiş qəzadan sonra ətraf mühitə tökülən metanol ekologiya üçün təhlükəli deyil.

Kostroma vilayətində yük daşıyan hərəkət tərkibinin qəzaya uğradığı yerdə ətraf mühitin kimyəvi maddələrlə çirklənməsi təhlükəsi yoxdur. Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının FHN nümayəndələri məlumat veriblər. Sisternlərin içindəki metanol - texniki spirtdir. Nazirlikdən alınmış məlumata görə, bu spirt torpağı çirkləndirmədən buxarlanır.

Həmçinin, Qrinpis (Greenpeace) ekoloji təşkilatının toksik maddələr proqramının rəhbəri bildirib ki, Kostroma vilayətində dəmir yolunda baş vermiş qəza nəticəsində metanolun dağılması təbiət və insanlar üçün təhlükəli deyil: "Metanol uzunmüddətli perspektivdə qəzanın baş verdiyi yerdə heç bir mənfi təsir yaratmayan uçucu birləşmələrdir".

Metanol - etil spirtinin qoxusuna bənzəyən, lakin daha zəif qoxulu rəngsiz mayedir. O, həm klassik daxili yanma mühərriklərində, həm də elektrik enerjisinin alınması üçün xüsusi yanacaq elementlərində istifadə oluna bilər. Beləliklə, ekoloji cəhətdən təmiz enerjinin istifadəsinə rəvan keçid təmin oluna bilər. Bununla yanaşı, boyalar, yapışqanlar, aerozollar, laklar, CD və DVD diskləri və s. bu kimi müxtəlif məhsulların istehsalında metanoldan istifadə olunur.

Casio, Panasonic, Toshiba və Sony şirkətləri kimi dünyanın bir çox aparıcı texnoloji şirkətləri metanolla işləyən yanacaq elementlərinin və mobil telefonlar, noutbuklar üçün akkumulyatorların istehsalına artıq başlayıblar. Son illər inkişaf etmiş ölkələrdə avtomobil yanacağı kimi metanoldan geniş istifadə olunur. Artıq Çində və ABŞ-da müəyyən hissəsini metanol təşkil edən yanacaq növləri meydana gəlib. Belə yanacaq ətraf mühit üçün az zərərlidir və adi benzin və dizel yanacağı ilə müqayisədə daha ekoloji təmiz hesab olunur. Dünyanın bir çox alimləri metanola gələcəkdə energetika sahəsinin mühüm bir hissəsi və nefti əvəz edəcək potensial məhsul kimi baxırlar.

Xəbər lenti

Xəbər lenti