...

Vergilər Nazirliyinin Twitter və Youtube sosial şəbəkələrində rəsmi səhifələri açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2012 12:21 (UTC +04:00)
Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytı və Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinin ardınca Twitter və Youtube sosial şəbəkələrində də Vergilər Nazirliyinin rəsmi səhifələri istifadəçilərin ixtiyarına verilib.
Vergilər Nazirliyinin Twitter və Youtube sosial şəbəkələrində rəsmi səhifələri açılıb

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytı və Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinin ardınca Twitter və Youtube sosial şəbəkələrində də Vergilər Nazirliyinin rəsmi səhifələri istifadəçilərin ixtiyarına verilib. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Qeyd edək ki, Youtube səhifəsində nazirliyin təbliğat-təşviqat xarakterli reklam çarxları və digər bu qəbildən olan məlumat xarakterli video görüntüləri yer alır və mütəmadi şəkildə yenilənəcəyi nəzərdə tutulub.

Xatırladaq ki, Twitter sosial şəbəkəsinin informasiya ötürmə imkanları Facebook qədər geniş olmasa da, məlumatı daha operativ və sürətli ötürmə baxımından əlverişli hesab olunur.

Məlumatlar lövhəsində 140 simvolluq yazı yerləşdirmə imkanı olduğundan, məlumat qısa şəkildə yazılaraq, Facebook səhifəsindəki mənbəyə istinad olunan keçid yazının sonuna əlavə edilir. Eyni zamanda Twitterdə həm video görüntülər, həm də fotoşəkillər yerləşdiriləcək.

Beləliklə, Vergilər Nazirliyi vətəndaşa, dolayısıyla vergi ödəyicisinə daha rahat və sürətli informasiya ötürmək baxımından yuxarıda adları çəkilən yeniliklərə də imza atmış oldu.

www.twitter.com/vergiler
www.facebook.com/vergiler
www.youtube.com/vergilernazirliyi

Xəbər lenti

Xəbər lenti