...

"Texnikabank" kapitalını 6 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 19:31 (UTC +04:00)
Martın 2-dən etibarən "Texnikabank" ASC Bakı Fond Birjasında (BFB) 4,008 milyon manat dəyərində adi, sənədsiz səhmlərinin emissiyasının yerləşdirilməsinə başlayır.
"Texnikabank" kapitalını 6 faiz artırır

Azərbaycan, Bakı, 1 mart /Trend/

Martın 2-dən etibarən "Texnikabank" ASC Bakı Fond Birjasında (BFB) 4,008 milyon manat dəyərində adi, sənədsiz səhmlərinin emissiyasının yerləşdirilməsinə başlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı birjanın yaydığı məlumatda deyilir.

Bu emissiya çərçivəsində səhmlərin sayı hər birinin nominal dəyəri 1000 manat olan 4 008 ədəd təşkil edib. Emissiyanın yerləşdirilməsinin anderrayteri qismində "Texnika Capital Management" MMC çıxış edir.

Hazırda bankın nizamnamə kapitalı 64,755 milyon manat təşkil edir.

"Texnikabank"ın səhmləri 2009-cu ilin sonundan etibarən BFB-də birinci səviyyəli listinqə daxil edilib.

Xəbər lenti

Xəbər lenti