...

Azərbaycanın Gömrük Komitəsi kredit təşkilatlarının reyestrini aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2012 18:29 (UTC +04:00)
Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası"nı təsdiq edib.
Azərbaycanın Gömrük Komitəsi kredit təşkilatlarının reyestrini aparacaq

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir A.Axundov/

Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası"nı təsdiq edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Nazirlər Kabinetinin qərarında deyilir.

Qərar imzalandığı gündən-martın birindən qüvvəyə minir.

Gömrük Məcəlləsinə əsasən, gömrük borcları bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan və reyestrə daxil edilmiş kredit təşkilatlarının qarantiyası ilə təmin olunur.

Gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri aşağıdakı kimi müəyyən edilir:

Kredit təşkilatlarının nizamnamə kapitalı Mərkəzi Bankın müəyyən etdiyi minimum nizamnamə kapitalından

Banklar

Bank olmayan kredit təşkilatları

bir qarantiya üzrə öhdəlik,

ABŞ dollarına ekvivalent məbləğ ilə

bütövlükdə belə qarantiyalar üzrə öhdəlik,

ABŞ dollarına ekvivalent

məbləğ ilə

bir və ya bir neçə qarantiya üzrə öhdəlik,

ABŞ dollarına ekvivalent

məbləğ ilə

2,0 dəfə çox olduqda

1,0 milyon

2,0 milyon

150,0 min

1,5 dəfə çox olduqda

500,0 min

1,0 milyon

100,0 min

1,0 dəfə çox olduqda

250,0 min

500,0 min

50,0 min

Qərara əsasən, borclu şəxs bank qarantiyası ilə təmin edilmiş gömrük borclarını vaxtında ödəmədikdə, gömrük orqanının təqdim etdiyi hesaba əsasən bank qarantiyası ilə təmin etdiyi məbləği 10 iş günü müddətində öz vəsaiti hesabına ödəməlidir.

"Kredit təşkilatı reyestrdən çıxarılan günə qədər təqdim etdiyi qarantiya üzrə öhdəliklərinin tam və vaxtında icrasına görə məsuliyyət daşıyır. Reyestrdən çıxarılmış kredit təşkilatı bu qaydanın tələblərinə uyğun olaraq, yenidən qeyestrə daxil edilməsi ilə bağlı bir il keçdikdən sonra müraciət edə bilər" , - qərarın mətnində deyilir.

Bank və bank olmayan kredit təşkilatlarının reyestri Dövlət Gömrük Komitəsinin saydtında yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti