...

Son 3 ildə Azərbaycanda pambıqçılığın inkişafına 420 min manatdan çox güzəştli kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2012 18:22 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Zərdab rayonunun Şıxbağı kəndində keçirib.
Son 3 ildə Azərbaycanda pambıqçılığın inkişafına 420 min manatdan çox güzəştli kredit ayrılıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir Ə.Həsənov/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Zərdab rayonunun Şıxbağı kəndində keçirib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində Zərdab rayonunun, o cümlədən tədbirin keçirildiyi Şıxbağı kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan pambıqçılıq təsərrüfatlarının yaradılması, intensiv nar bağlarının, kiçik və orta həcmli meyvə-tərəvəz emalı və müasir çörək istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fond tərəfindən 2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 301 investisiya layihəsinin maliyyələşdirilməsinə 39,9 milyon manat, o cümlədən respublikanın regionları üzrə 267 investisiya layihəsinin maliyyələşdirilməsinə 35,1 milyon manat və Bakı qəsəbələri üzrə 34 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,8 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 1230-a yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına son 3 ildə pambıqçılığın inkişafı ilə bağlı 41 sahibkara 421,5 min manat güzəştli kredit verilib. Bu layihələr hesabına 130-dan çox yeni iş yeri yaradılıb. Ölkəmizdə "xammaldan son məhsuladək" prinsipinə əsaslanan emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Müasir texnologiyaların tətbiqi ilə Sumqayıtda illik gücü 6,5 milyon metr parça istehsalı və 10 min ton parça boyama gücü olan yüngül sənaye məhsullarının istehsalı fabrikləri də bu qəbildəndir. Müəssisənin yaradılması üçün Fond tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Hazırda müəssisədə tikinti-quraşdırma işləri davam etdirilir.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, müvəkkil kredit təşkilatları vasitəsilə Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti