...

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxması üçün əlverişli şərait var - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2012 19:53 (UTC +04:00)
Bu gün Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxması üçün əlverişli şərait var.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxması üçün əlverişli şərait var - nazir

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir A.Axundov/

Bu gün Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxması üçün əlverişli şərait var. Bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşündə deyib. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin yaydığı məlumatda deyilir.

Görüşün əsas məqsədi ölkənin kənd təsərrüfatı sahəsindəki durum və SSRİ vaxtından miras qalmış pestisidlərdən istifadə vəziyyətinin müzakirəsi olub.

"Beynəlxalq təşkilatlar Azərbaycanın aqrar sektoruna böyük maraq göstərirlər", - Abasov qeyd edib.

Onun sözlərinə görə, Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən ölkəyə müxtəlif zərərvericilər daxil olur və qarşı tərəf buna qarşı heç bir tədbir görmür. O, bu məsələnin Avropa Parlamentinin müzakirəsinə çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

"Azərbaycan avropalı parlamentarilərlə pestisidlərdən istifadə sahəsində əməkdaşlığı davam etdirəcək", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti