...

"Azərikimya"da Litvanın Azərbaycandakı səfiri llə görüş olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2012 14:39 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyində Litvanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Kestusis Kudzmanas ilə görüş keçirilmişdir.
"Azərikimya"da Litvanın Azərbaycandakı səfiri llə görüş olub

Azərbaycan, Bakı, 12 mart /Trend/

"Azərikimya" İstehsalat Birliyində Litvanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Kestusis Kudzmanas ilə görüş keçirilmişdir.

İB-dən Trend-ə verilən məlumata görə, Birliyin fəaliyyət sferası ilə yaxından tanışlıq məqsədi daşıyan görüşdə səmimiyyətlə qəbul edilən qonağa Sumqayıtın 67 illik tarixə malik neft-kimya kompleksinin inkişaf mərhələləri, son illərdə əldə olunmuş istehsalat uğurları, texnoloji qurğularda aparılan yeniləşmə və modernləşmə prosesləri, yaxın gələcəkdə reallaşdırılacaq irimiqyaslı layihələr, o cümlədən Sumqayıtda Azot gübrəsi (karbamid) zavodunun inşası, şəhərin iqtisadi potensialının artmasında mühüm rol oynayacaq Sumqayıt Kimya Sənaye parkının yaradılması ilə bağlı görülən ilkin hazırlıq tədbirlərindən danışılmışdır.

Litvanın ölkəmizdəki səfiri vaxtilə iki ölkənin sənaye sahəsində, xüsusilə neft-kimya sənayesi üzrə qarşılıqlı iqtisadi-inteqrasiya əlaqələrinin mühüm əhəmiyyət kəsb etməsindən, bu əlaqələrin bərpasının vacibliyindən söhbət açmışdır.

Görüş zamanı neft-kimya sənayesində əlaqələrin bərpası və gücləndirilməsi istiqamətində əlverişli, qarşılıqlı faydalı imkanların, yüksək potensialın olduğu bildirilmiş, Azərbaycan və Litvanın dövlət strukturları və iş adamlarının iştirakı ilə geniş tərkibli görüşün keçirilməsinin və birgə əməkdaşlığın konturlarının müəyyənləşdirilərək, konkret fəaliyyət göstərməyin vacibliyi vurğulanmışdır.

Xəbər lenti

Xəbər lenti