...

Azərbaycanda nəqliyyat vasitəsi sahiblərinin sığortası haqqında SMS-bildiriş başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 15:16 (UTC +04:00)
Azərbaycanda avtonəqliyyat vasitəsi sahibləri artıq mobil rabitə vasitəsilə mülki məsuliyyətin icbari sığortası üzrə müqavilə haqqında məlumat əldə etmək imkanına malikdirlər.
Azərbaycanda nəqliyyat vasitəsi sahiblərinin sığortası haqqında SMS-bildiriş başlayıb

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir A.Axundov/

Azərbaycanda avtonəqliyyat vasitəsi sahibləri artıq mobil rabitə vasitəsilə mülki məsuliyyətin icbari sığortası üzrə müqavilə haqqında məlumat əldə etmək imkanına malikdirlər.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bu xidməti işə salan İcbari Sığorta Bürosunun yaydığı məlumatda deyilir.

Xidmət çərçivəsində abunəçilər 9707 nömrəsinə SMS şəklində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göndərməklə sığorta şəhadətnaməsinin etibarlı olub-olmaması, onun etibarlılıq müddəti, seriyası və nömrəsi, sığorta şirkətlərinin adları və telefon nömrələri haqqında məlumat ala biləcəklər.

Bu xidmətdən hələlik yalnız "Azercell" və "Azerfon" mobil operatorlarının abunəçiləri istifadə edə bilərlər. Büro "Bakcell" mobil operatoru ilə danışıqları artıq başa çatdırıb, "Bakcell" abunəçiləri üçün xidmət yaxın günlərdə işə salınacaq.

Bir SMS-in qiyməti 0,20 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti