...

"Kimyalayihə" İnstitutu sənaye obyektlərinin layihələndirilməsində iş və xidmətlərini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 19:37 (UTC +04:00)
"Kimyalayihə" İnstitutu "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü üzrə lisenziya əsasında sənaye obyektlərinin layihələndirilməsində öz iş və xidmətlərini təklif edir.
"Kimyalayihə" İnstitutu sənaye obyektlərinin layihələndirilməsində iş və xidmətlərini təklif edir

Azərbaycan, Bakı, 13 mart /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin "Kimyalayihə" İnstitutu "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü üzrə lisenziya əsasında sənaye obyektlərinin layihələndirilməsində öz iş və xidmətlərini təklif edir.

Trend-in məlumatına görə, İnstitut aşağıdakı iş və xidmətləri təklid edir:

- Tikinti obyektlərinin inşaat konstruksiyaları, mühəndis qurğuları, sistemləri və şəbəkələrinin layihələndirilməsi;
- Bina və obyektlərin elektrik, istilik, su, qaz, soyuqluq təchizatı, nəzarət-ölçü cihazları və avtomatika sistemlərinin layihələndirilməsi;
- Yanğın-partlayış təhlükəli sahələrin yanğın-mühafizə siqnalizasiyası və avtomatlaşdırılmış yanğınsöndürmə sistemlərinin layihələndirilməsi;
- Qurğu və avadanlıqların korroziyaya qarşı mühafizə tədbirlərinin layihələndirilməsi;
- Tikintinin təşkilinin layihələndirilməsi;
- Layihələrin smetalarının tərtib edilməsi və s.

"Kimyalayihə" İnstitutu baş layihəçi kimi yeni tikilən yanğın-partlayış təhlükəli obyektlərin, qaz-kondensatın saxlama anbarlarının, beton hazırlanması sahələrinin, plastmas əsaslı kiçik emal sahələrinin, kimya profilli kiçik sənaye obyektlərinin, qazanxanaların, istilik mərkəzlərinin, təmir xidməti obyektlərinin, qeyri-standart avadanlıqların və digər sahələrin layihələndirilməsini həyata keçirir, müəllif nəzarəti aparır.

Layihə sənədləri Azərbaycan, rus və ingilis dillərində hazırlana bilər.

"Kimyalayihə" institutu bütün maraq göstərən tərəfdaşları, hüquqi və fiziki şəxsləri birgə əməkdaşlığa dəvət edir.

Ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 86
Əlaqə telefonu: +994 (12) 521 25 16; +994 (50) 245 76 96
E-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti