...

İl ərzində Azərbaycan banklarının aktivləri 8 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2012 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend müxbir A. Axundov/

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, 2012-ci il fevralın 1-nə bankların aktivləri 14205,1 milyon manat təşkil edib. Bu rəqəm ötən ilin analoji dövründə 13133,88 milyon manat olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AMB-nin statistik hesabatında deyilir. İl ərzində bank aktivləri 8,16 faiz artıb.

Bank sektorunun məcmu passivləri 14205,1 milyon manat qiymətləndirilirdi.

Bank sektoru aktivlərinin əsasını müştərilərə verilən 9118,4 milyon manat dəyərində kreditlər, investisiyalar (1487,3 milyon manat) və müxbir hesablarındakı vəsaitlər (982,5 milyon manat) təşkil edib. Maliyyə sektoruna verilən kreditlər 571,3 milyon manat olub.

Passivlər strukturunda əsas payı depozitlər (2012-ci ilin yanavarın 1-nə 6606,1 milyon manat) təşkil edir. Maliyyə sektorunun kreditləri və depozitləri 4368 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti