...

"Paşa Sığorta" kapitalını təqribən 17 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 17:30 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Sığorta" şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Paşa Sığorta" kapitalını təqribən 17 faiz artırır

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Sığorta" şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu çərçivədə səhmlərin nominal dəyəri 16,67 faiz artırılıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi hər birinin nominal dəyəri 750 manat olan 40 000 səhmin elə bu həcmdə 875 manat nominallı səhmlərə konvertasiya yolu ilə həyata keçiriləcək.

Bununla da şirkətin nizamnamə kapitalı 30 milyondan 35 milyonadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti