...

"Atəşgah" SŞ üçüncü şəxslərin əmlakına dəyən zərərə görə maksimal sığorta ödənişi edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 17:03 (UTC +04:00)
"Atəşgah" SŞ yeni icbari avtomobil sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə maksimal sığorta ödənişini həyata keçirib.
"Atəşgah" SŞ üçüncü şəxslərin əmlakına dəyən zərərə görə maksimal sığorta ödənişi edib

Аzərbaycan, Bakı, 16 mart /Trend/

Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" sığorta şirkəti ilk olaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə "İcbari sığortalar haqqında" qanunla müəyyən edilmiş maksimal sığorta ödənişini həyata keçirib.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, 5 min manat məbləğində sığorta ödənişi Pirallahı-Bakı avtomagistralında "Daewoo" markalı avtobusla toqquşan "Nissan X-Trail" avtomobilinin sahibinə edilib.

Xatırladaq ki, "İcbari sığortalar haqqında" qanun icbari sığortanın dörd növünü - daşınmaz əmlak, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyət və sərnişinlərin icbari fərdi qəza sığortasını tənzimləyir.

Hazırda "Atəşgah" SŞ-nin yeni icbari avtomobil sığortası üzrə həyata keçirdiyi sığorta ödənişlərinin ümumi məbləği 17 min manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti