...

Gəncədə "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2012 17:59 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə cümə axşamı Gəncədə Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində gənclər üçün "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib.
Gəncədə "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib

Azərbaycan, Bakı, 29 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə cümə axşamı Gəncədə Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində gənclər üçün "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Mərkəzin Gəncə nümayəndəliyinin əməkdaşları, eləcə də Gəncə şəhərində yerləşən 2№-li peşə məktəbinin müəllim və tələbələri iştirak edib.

Treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Həmçinin, tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti