...

"Bank of Baku"nun Bolkart lotereyasının ilk tirajı oynanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2012 16:57 (UTC +04:00)
Bazar ertəsi saat 21:00-da Space TV-nin efirində "Bank of Baku"nun təşəbbüsü ilə Bolkart müştəriləri üçün uduşlu lotereyanın canlı yayımı keçiriləcək.
"Bank of Baku"nun Bolkart lotereyasının ilk tirajı oynanılır

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bazar ertəsi saat 21:00-da Space TV-nin efirində "Bank of Baku"nun təşəbbüsü ilə Bolkart müştəriləri üçün uduşlu lotereyanın canlı yayımı keçiriləcək.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, ilk tirajlı lotereyanın şərtinə əsasən, kampaniyanın başlanma tarixi olan 1 martdan etibarən azı 50 manat məbləğində alış-veriş etmiş Bolkart sahibləri lotereyaya qatıla biləcək. Hər tiraj zamanı Bolkartla edilmiş hər 50 manat dəyərində alış-veriş kartın sahibinə yalnız həmin tirajda bir iştirak hüququ verir. Aksiya zamanı daha çox alış-veriş etmiş şəxs daha çox udmaq şansı qazanır.

İştirak hüququ hər tirajın uduş fondunun oynanılması tarixinədək əldə edilə bilər. Nağdlaşdırma əməliyyatına aid dövriyyələr lotereyayayа aid edilmir. Bolkart üzərində təsbit edilmiş 16 rəqəminin son 8 rəqəmi iştirakçının eyniləşdirmə kodu olacaq. Lotereyaya qatılan hər bir şəxsin kodu elektron bazadan xüsusi proqram vasitəsilə təsadüfi seçim əsnasında müəyyən ediləcək.

Uduş fondunun ümumi məbləği 10 000 manat, hər tirajın uduş fondunun məbləği isə, tirajların sayından asılı olmayaraq, 5 000 manat təşkil edir. Uduş fondu hər tirajda 15 iştirakçıya 100 manat, 5 iştirakçıya 500 manat, 1 iştirakçıya isə 1000 manat pul məbləği olmaq şərti ilə oynanılacaq.

Uduşların nəticələri 5 aprel tarixində "Azərbaycan" qəzetində dərc ediləcək.

Bolkart və lotereyanın şərtləri ilə daha ətraflı tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək olar. Bolkart sahibləri habelə onlayn rejimdə www.bolkart.az və ya sosial şəbəkə səhifəsi- www.facebook.com/Bolkart vasitəsilə məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti