Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Ə.Həsənov/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar, komitənin rəsmi internet səhifəsində (www.scs.gov.az) elektron xidmətlərin sayını artırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü QKDK-nin yaydığı məlumatında deyilir.
"Bu istiqamətdə hüquqi və fiziki şəxslərin elektron müraciətləri, hesabatların qəbulu, cavablandırılması QKDK-nın rəsmi internet səhifəsində elektron xidmətlər vasitəsilə həyata keçirilir", - məlumatda qeyd edilir.
Bununla da 2011-ci ilin iyun ayından etibarən 14 növ üzrə istifadəyə verilən elektron xidmətlərin sayı cari ilin aprel ayında 19-a çatdırılıb.