...

Aİ Azərbaycan Hesablama Palatasına texniki kömək etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 16:31 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycan Hesablama Palatasına dövlət büdcəsi vasitəsilə islahatlara dəstək aləti çərçivəsində sərbəst vəsaitlər ayırmağa hazır olduğunu açıqlayıb.
Aİ Azərbaycan Hesablama Palatasına texniki kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir A.Axundov/

Avropa İttifaqı (Aİ) Azərbaycan Hesablama Palatasına dövlət büdcəsi vasitəsilə islahatlara dəstək aləti çərçivəsində sərbəst vəsaitlər ayırmağa hazır olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov palatanın 2011-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatını Milli Məclisə təqdim edərkən bildirib.

"Hesablama Palatası beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Bu yaxınlarda İsveçrənin iqtisadi məsələlər üzrə dövlət katibliyi SECO iki milyon dollar həcmində qrantın təqdim edilməsi haqqında qərar qəbul edib. Aİ, həmçinin Hesablama Palatasına texniki kömək göstərməyə razılaşıb", - o qeyd edib.

Əsədov deyib ki, palata fəaliyyətinin digər istiqamətləri üzrə işləri davam etdirir.

"Bu, qanunvericilik bazasının yaradılması, habelə təlim, seminarların təşkili və palatanın potensialının yüksəldilməsidir", - Əsədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti