...

Azərbaycan sahibkarları 2012-ci ildə güzəştli kreditlərin ¼-ni mənimsəyiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 16:44 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən (SKMF) cümə günü Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkarlıq subyektinə 739 min manat güzəştli kredit vəsaiti verilib.
Azərbaycan sahibkarları 2012-ci ildə güzəştli kreditlərin ¼-ni mənimsəyiblər

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Ə.Həsənov/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən (SKMF) cümə günü Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkarlıq subyektinə 739 min manat güzəştli kredit vəsaiti verilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Tədbir Gəncə şəhərinin Sadıllı qəsəbəsində keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 120-yə yaxın sahibkar iştirak edib.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit ayrılmış Gəncə şəhərində "NEON" firmasının müasir taxıl anbarı kompleksinin fəaliyyətinə, firmanın müasir çörək zavodunda və "İnter-Pak" MMC-nin meyvə şirələri və kənd təsərrüfatı məhsullarının emalı müəssisələrində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Bu ilin əvvəlindən Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 526 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manat, o cümlədən respublikanın regionları üzrə 470 investisiya layihəsinin maliyyələşdirilməsinə 44.4 milyon manat və Bakı qəsəbələri üzrə 56 investisiya layihəsinin maliyyələşdirilməsinə 5.6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 2200-dən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulub.

Bu dövrdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 75 sahibkara 4 mln. manat güzəştli kreditlər verilib. Bu layihələrin reallaşdırılması 400-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.

Xəbər lenti

Xəbər lenti