...

Azərbaycan gömrüyü dövlət büdcəsinə daxilolmaların illik proqnozunun 21 faizini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 17:14 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) martda gömrük rüsümları və vergilərin yığılması sayəsində dövlət büdcəsinə 95,56 milyon manat köçürüb.
Azərbaycan gömrüyü dövlət büdcəsinə daxilolmaların illik proqnozunun 21 faizini təmin edib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) martda gömrük rüsümları və vergilərin yığılması sayəsində dövlət büdcəsinə 95,56 milyon manat köçürüb. Trend-in məlumatına görə, bu barədə cümə günü DGK-nın saytında dərc olunan məlumatda deyilir.

Martda gömrük rüsumlarından daxilolmalar 34,9 milyon manat, idxal edilən malların ƏDV-si 54,8 milyon manat, aksizlər üzrə 4,72 milyon manat, yol vergisi üzrə 1,21 milyon manat təşkil edib.

Ümumilikdə, iki ay ərzində DGK dövlət büdcəsinə 251,72 milyon manat köçürüb.

2011-ci il üçün DGK xətti üzrə ödənişlərin proqnozu 1,14 milyard manat məbləğində müəyyənləşdirilib. 2012-ci il üzrə proqnoz 1,2 milyard manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti