...

Azərbaycanda 360 kq-a yaxın yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2012 17:34 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.
Azərbaycanda 360 kq-a yaxın yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bakının Suraxanı, Nəsimi, Yasamal rayonlarında, Sumqayıt, Lənkəran, Şəmkir şəhərlərində, eləcə də Tovuz, Xaçmaz və Sabirabad rayonlarında aparılmış yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.

Ümumilikdə, monitorinqlər zamanı 360 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti