...

Azərbaycanda qərb istiqamətində dəmir yolu örtüyünün dəyişdirilməsi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2012 15:05 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Böyük Kəsik istiqamətində dəmiryol örtüyünün yenilənməsi çərçivəsində 317 kilometr yolun əsaslı təmirinə başlayıb.
Azərbaycanda qərb istiqamətində dəmir yolu örtüyünün dəyişdirilməsi davam etdirilir

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir Ə.Həsənov /

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Böyük Kəsik istiqamətində dəmiryol örtüyünün yenilənməsi çərçivəsində 317 kilometr yolun əsaslı təmirinə başlayıb. Trend-in məlumatına görə, bu barədə QSC-nin şənbə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, işlərə bu gün yolun Mingəçevir-Goran mənzilində başlanılıb. Gün ərzində QSC yolun iki kilometrinin təmirinin həyata keçirilməsini planlaşdırır.

"Aprel ayı ərzində yolun Mingəçevir-Goran və Mingəçevir-Yevlax mənzilində 12 kilomert dəmiryol örtüyünün təmir edilməsi planlaşdırılır", - məlumatda deyilir.

Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmiri prosesi Çexiyanın "İxrac" Bankı ayırdığı 215 milyon avro məbləğində kredit hesabına həyata keçirilir.

İşlərə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.

Xəbər lenti

Xəbər lenti