...

Əmək Nazirliyində modul tipli təlim proqramlarının hazırlanması mövzusunda təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının Sosial Müdafiənin İnkişafı Layihəsinin "Modul tipli təlim proqramları" tapşırığı çərçivəsində modul metodologiyası üzrə beynəlxalq ekspert Klod Vassamillet tərəfindən 2012-ci ilin 10-14 aprel tarixlərində təlim keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırkı təlim tapşırıq çərçivəsində sonuncu, yəni 4-cü mərhələ olduğu üçün 5 gün ərzində əvvəlcə qısaca olaraq əvvəlki üç mərhələni nəzərdən keçirərək təlimçilər tərəfindən modulların hazırlanmasının təhlili, modul kurrikulumun hazırlanması konsepsiyasının və qiymətləndirmə meyar və göstəriciləri təkrar edilmişdir. Daha sonra isə iştirakçılar proqramın məqsəd və metodologiyası barədə məlumat aldıqdan sonra fərdi və kollektiv şəkildə praktik çalışmalar həyata keçirməklə çıxış profillərini işləyib hazırlayıblar, güclü və zəif cəhətlərini müəyyən etmək üçün qiymətləndirmə meyarından istifadə ediblər. Təlimçilər tərəfindən fərdi və qrup şəklində hazırlanan mini-dərslər video lentə alındıqdan sonra yenidən nəzərdən keçirməklə praktik müşahidələrin hazırlanması və təlimçinin davranışının təhlili üçün simulyasiya çalışmaları və qiymətləndirmə meyarının təhlilini həyata keçiriblər.

Təlimdə modul tipli təlim proqramlarının hazırlanmasına cəlb edilmiş yerli mütəxəssislər və layihənin icra qrupunun 12 nəfər əməkdaşı iştirak edib. Təlimin sonunda iştirakçılara sertifikatlar verilmişdir.

Məlumat üçün bildirək ki, "Modul tipli təlim proqramları" tapşırığının yekununda əmək bazarında ən çox tələb olunan peşələr üzrə 30 modul təlim proqramının hazırlanması, iki yeni peşə təlimi mərkəzinin yaradılmasının dəstəklənməsi, qanunverici-instusional çərçivənin və monitorinq sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.

Modul təlim ənənəvi təlimin alternativi kimi meydana gəlib və mövcud olan bütün qabaqcıl pedaqoji nəzəriyyə və təcrübələri əhatə edir. Modul yanaşması əmək bazarında bilik və bacarıqlara olan faktiki tələbi və fərdin real təlim ehtiyaclarını nəzərə alan, müdavimin müəyyən məşğulluq və ya özünüməşğulluq şəraitində tələb olunan standartlara uyğun fəaliyyət göstərməsi üçün praktik və sosial bilik və bacarıqlar əldə etməsini dəstəkləyən (peşə) təlimin təşkili prosesidir.

Xəbər lenti

Xəbər lenti