...

Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu 2013-cü ildə istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 16:08 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sisteminin birləşdirilməsini nəzərdə tutan Bakı-Tbilisi-Qars dəmir yolu 2013-cü ildə tam istismara veriləcək.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu 2013-cü ildə istismara veriləcək

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir E.İsmayılov/

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sisteminin birləşdirilməsini nəzərdə tutan Bakı-Tbilisi-Qars dəmir yolu 2013-cü ildə tam istismara veriləcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

"Bu layihə çərçivəsində işlər ilin sonunadək Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sisteminin birləşdirilməsi üçün gücləndirilmiş templərlə aparılacaq", - nazir müavini deyib.

Pənahovun sözlərinə görə, işlərin əsas həcmi Türkiyə ilə Gürcüstan arasındakı birləşdirici tunelin payına düşür.

"Hazırda Türkiyə tərəfi işləri ilin sonunadək başa çatdırmaq üçün bütün tədbirləri görür", - nazir müavini deyib.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan-Gürcüstan-Türkiyə hökumətlərarası sazişi əsasında tikilir.

Xəbər lenti

Xəbər lenti