...

Azərbaycan Dövlət Şəhərsalma Komitəsi I rübdə 12 layihə təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2012 11:18 (UTC +04:00)
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2012-ci ilin I rübündə 12 layihəyə müsbət rəy verib.
Azərbaycan Dövlət Şəhərsalma Komitəsi I rübdə 12 layihə təsdiqləyib

Azərbaycan, Bakı, 23 aprel / Trend, müxbir, A.Axundov /

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2012-ci ilin I rübündə 12 layihəyə müsbət rəy verib. Trend-in məlumatına görə, bu barədə Komitənin dünən yaydığı məlumatda deyilir.

"Bu ilin birinci rübündə Komitəyə 20 obyektin memarlıq-planlaşdırma həllərinə münasibət bildirilməsi və rəy verilməsi üçün müraciətlər olunub. Təqdim olunan layihələr araşdırılaraq 12 layihəyə müsbət rəy verilib, digərləri isə geri qaytarılıb", - məlumatda deyilir.

Məlumata görə, Komitə elektron xidmətlərin tətbiqi üzrə işləri davam etdirir.

"Elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron surətdə qəbul edilməsi, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasını təmin etmək üçün müvafiq tədbirlər görülüb", - məlumatda deyilir.

Məlumatda bildirilir ki, Komitə elektron formada həyata keçirilən əməliyyatların təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görür.

Xəbər lenti

Xəbər lenti