...

Bakıda pirat audiovizual məhsulların satıcısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2012 20:26 (UTC +04:00)
Bakıda pirat audiovizual məhsulların satışı ilə məşğul olan şəxsə maliyyə sanksiyası tətbiq edilib.
Bakıda pirat audiovizual məhsulların satıcısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Bakıda pirat audiovizual məhsulların satışı ilə məşğul olan şəxsə maliyyə sanksiyası tətbiq edilib. Bu barədə cümə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.Əliyev küçəsi, ev 3, mənzil 31 ünvanında Asif Bağırova məxsus mağazada müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satılması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı", - məlumatda deyilir.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Asif Bağırova 1,3 min manat maliyyə sanksiyası tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti