...

Azərbaycan Beynəlxalq Bankına müraciətlərin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2012 16:27 (UTC +04:00)
Son yeddi ay ərzində Azərbaycan Beynəlxalq Bankının (ABB) Məlumat Mərkəzinə 15 minə yaxın müraciət daxil olub.
Azərbaycan Beynəlxalq Bankına müraciətlərin sayı artıb

Azərbaycan, Bakı, 1 may /Trend/

Son yeddi ay ərzində Azərbaycan Beynəlxalq Bankının (ABB) Məlumat Mərkəzinə 15 minə yaxın müraciət daxil olub.

Bankın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müraciətlərin 8018-i opterator tərəfindən, qalanı isə günün 24 saatı ərazində fəaliyyət göstərən İnteraktiv Səsli Cavablama (IVR - Interactive Voice Response), yəni elektron operator tərəfindən cavablandırılıb. Mərkəzə daxil olan müraciətlərin sayı oktyabr ayına nisbətən aprel ayında 2,4 dəfə artıb.

Aprel ayının sonuna olan statistikaya görə, operator tərəfindən qəbul olunan ümumi müraciətlərin 27,4%-i bank kartlarını, 25,8% əmanətləri, 10,4% hesab haqqında, 9% xidmət şəbəkəsini, 6,9% kredit məhsullarını, 5,4% elektron bankçılığı, 5,3% pul köçürmələrini, 4,6% isə hesabların açılması ilə əlaqədar mövzuları əhatə edib.

Müştərilər tərəfindən yaranan sualların dərhal cavablandırılması və müştərilərin xidmət alma rahatlığını düşünərək, bankın internet səhifəsində xüsusi elektron poçt ünvanı [email protected] yaradılıb ki, bu da müştərilərə ölkənin, hətta dünyanın istənilən yerindən bütün növ bank xidmətləri və məhsulları barədə məlumat alma imkanı qazandırır. Bu isə xaricdə yaşayan və bankla əməkdaşlıq qurmaq istəyən potensial müştərilər üçün ən əlverişli vasitəslərdən biridir.

Məlumat Mərkəzi layihəsi çərçivəsində bankın fəaliyyəti, xidmətlərin səviyyəsi və ya bankın məhsulları barədə təklif və ya iradları olanlar üçün də xüsusi bölmə ayrılıb. Belə ki, Məlumat Mərkəzinə zəng edib müvafiq bölməni seçərək müştəri özü barədə qısa məlumat verdikdən sonra öz təklif və ya iradlarını sistemin yaddaşına göndərə bilər. Sistem yaddaşına köçürülən təklif və ya iradlar mərkəzin əməkdaşları tərəfindən dərhal araşdırılır.

Həmçinin, bankın müştərilərə Məlumat Mərkəzinə zəng edərək operatora qoşulmaqla hesabları haqqında məlumat əldə etmək imkanı yaradılıb. Bu xidmətdən istifadə etmək üçün müştəri ona xidmət göstərən ABB-nin filial və ya şöbəsinə yaxınlaşaraq müvafiq formanı doldurmalıdır. Bundan sonra müştəri telefon vasitəsilə eyniləşdirilməsi üçün istifadə edilən 6 rəqəmli TPIN kodla (Telephone Personal Identification Number) təmin edilir. Bu xidmət pulsuzdur.

Müştərilər həftənin bütün günləri 24 saat ərzində stasionar telefonlardan (012) 437-79-00 və mobil operatorlardan (Azercell, Bakcell və Nar Mobile-Azerfon) *2265 (*BANK) nömrəsinə zəng edərək Məlumat Mərkəzinə qoşula bilərlər.

Xəbər lenti

Xəbər lenti