Akkord Korporasiyası yenə də nüfuzlu beynəlxalq biznes təşkilatlarının maraq mərkəzindədir.
29-30 aprel 2012-ci ildə Almaniyanın Frankfurt şəhərində keçirilən 38-ci "İnternational Arch of Europe" Beynəlxalq Konvensiyada "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti BİD Beynəlxalq Biznes Assosiasiyası tərəfindən 2011-ci ilin yekunlarına görə İdarəetmə, Keyfiyyət, Texnologiya və İnnovasiya sahəsində "Avropa Keyfiyyəti 2012" Beynəlxalq Nominasiyası üzrə Qızıl Mükafata layiq görülmüşdür.
Mükafat BİD Beynəlxalq Biznes Assosiasiyasının prezidenti tərəfindən təntənəli surətdə Akkord Korporasiyasının Direktorlar Şurasının sədri - Baş direktor cənab Xaqani Quluzadəyə təqdim edilmişdir.
Eyni zamanda, Akkord Korporasiyası BİD tərəfindən QC 100 Total Quality Management keyfiyyət modeli texnologiyasının tətbiqi üzrə sertifikata layiq görülmüşdür.
Tədbirdə ABŞ, Almaniya, İngiltərə, Fransa, İsveçrə, İspaniya, Rusiya, Türkiyə, Braziliya, Yeni Zellandiya, Meksika, Avstraliya və digər ölkələrdən yüzə yaxın aparıcı iri sənaye, tikinti, texnologiyalar, istehsal, xidmət və maliyyə sahələrində çalışan şirkətlər təmsil olunmuşdur. Akkord Korporasiyasının rəsmi təqdimatı iştirakçılar arasında böyük marağa səbəb olmuş və danışıqlar zamanı Akkord Korporasiyası ilə əməkdaşlıq təklifləri səsləndirilmişdir.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC beynəlxalq layihələrdə iştirakını və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığını genişləndirməkdə davam edir. Hazırda Korporasiya Azərbaycandan başqa Gürcüstan, Qazaxıstan, Əfqanıstan, Türkiyə, Ukrayna və Özbəkistanda infrastruktur və biznes layihələrini həyata keçirir.
Xatırladaq ki, Avropanın işgüzar qurumları və şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə 2012-ci ilin fevral ayından Akkord Korporasiyasının Almaniyanın Frankfurt şəhərində nümayəndəliyi fəaliyyət göstərməkdədir.