...

Azərbaycan Sahibkarlar Konfederasiyası və Koreya Sənaye Avadanlıqları Assosiasiyası anlaşma memorandumu imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 17:24 (UTC +04:00)
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya-Azərbaycan Sənaye Forumunda iştirak edib.
Azərbaycan Sahibkarlar Konfederasiyası və Koreya Sənaye Avadanlıqları Assosiasiyası anlaşma memorandumu imzalayıb

Azərbaycan, Bakı, 3 may /Trend/

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya-Azərbaycan Sənaye Forumunda iştirak edib.

Trend-in məlumatına görə, Koreya-Azərbaycan Sənaye Forumu Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Koreya Respublikası Bilik İqtisadiyyatı Nazirliyi, Koreya Sənaye Avadanlıqları Assosiasiyası (KOPIA), Azərbaycan Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilib.

Forumun məqsədi zavod tikintisi üzrə bazar imkanları və resursların mövcud olduğu Azərbaycanla əməkdaşlıq münasibətlərinin yaradılması və zavodların tikintisinə dair sifarişləri aktivləşdirmək məqsədilə ikitərəfli əməkdaşlığın təməlinin qoyulması məqsədini güdüb.

Forum çərçivəsində KOPIA və ASK arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimindən sonra hər iki tərəfi təmsil edən şirkətlərin iştirakı ilə ikitərəfli görüşlər keçirilib.

Xəbər lenti

Xəbər lenti