...

Azərbaycan bankı "Amrahbank" islam bankları və sığortaçılarla əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend/

"Amrahbank"ın nümayəndə heyəti və İslam İnkişaf Korporasiyası (İCD) 2012-ci il 16-17 aprel tarixlərində, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilmiş 7-ci Dünya Takaful konfransında (WTC 2012) və 2012-ci il 18 aprel tarixində Orta Şərq ölkələrinin 2-ci İslam Maliyyə və İnvestisiya konfransında (MEİFİC 2012) iştirak edib. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Konfransda "Amrahbank"ın nümayəndə heyətini bankın Biznesin İnkişafı və Marketinq Departamentinin direktoru Şəfiqə Hacıyeva təmsil edib. Tədbirdə bankın nümayəndə heyəti ilə konfrans iştirakçıları arasında çoxsaylı görüşlər keçirilib, müzakirələr aparılıb.

Konfrans ilə bağlı Şəfiqə Hacıyeva qeyd edib ki, "artıq uzun müddətdir əməkdaşlıq edən Amrahbank və İCD, yaxın gələcəkdə Azərbaycanda və MDB məkanında ilk dəfə olaraq islam sığorta şirkəti təsis etməyi planlaşdırır. Hazırkı tədbiri isə gələcəkdə takaful va təkrar takaful şirkətləri, eləcə də islam bankları ilə potensial əməkdaşlıq istiqamətlərində yönəlmiş ilkin addımlardan biri kimi hesab etmək olar".

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank müştərilərinə depozit hesabları, plastik kartlarla əməliyyatlar, hesablaşma-kassa xidmətləri, sənədli əməliyyatlar, kredit əməliyyatları, o cümlədən istehlak və biznes kreditləri, valyuta mübadiləsi, yerli və beynəlxalq pul köçürmələri, kommunal və rabitə xidmətlərinin ödənişi, banklararası kreditlər və depozitlər, biznes məsləhətləri kimi müxtəlif növ fərdi və korporativ bank xidmətləri göstərir.
2008-ci ildən Bəhreyn Krallığında yerləşən, Bankın səhmlərinin 49%-nə sahib olan Beynəlxalq İnvestisiya Bankı ilə yaradılmış strateji əməkdaşlıq əlaqələri, "Amrahbank" daxilində bir sıra sahələrin, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin çeşidi, keyfiyyəti və digər sahələrin inkişafında mühüm rol oynamışdır.

Xəbər lenti

Xəbər lenti