...

Azərbaycanda əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması qaydası təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2012 12:02 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti əlavə dəyər vergisi (ƏDV) üzrə gömrük borcunun məbləğinin hesablanması qaydasını təsdiq edib.
Azərbaycanda əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması qaydası təsdiqlənib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Axundov/

Azərbaycanın Nazirlər Kabineti əlavə dəyər vergisi (ƏDV) üzrə gömrük borcunun məbləğinin hesablanması qaydasını təsdiq edib.

Qayda Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli qərarı ilə təsdiqlənib.

NK qərarının mətnində deyildiyi kimi, ƏDV üzrə gömrük borcunun hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan vergi dərəcəsi əsas götürülür.

ƏDV məbləği aşağıdakı qaydada hesablanır:
ƏDV = (D + A + R) x V/100
D - Malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyəri;
A - aksiz vergisi;
R - gömrük rüsumları;
V - qüvvədə olan vergi dərəcəsi.

Azərbaycanda ƏDV dərəcəsi 18 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti