...

Bakı-Quba yolunda Vəlvələçay üzərindəki körpüdə avtomobillərin hərəkəti bərpa edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.İsmayılov/

Bakı-Quba yolundakı Vəlvələçay üzərindən keçən körpüdə avtomobillərin hərəkəti bərpa edilib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC xidmətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, körpünün dayaqları təmir edildikdən və bərkidildikdən sonra hərəkət bərpa edilib.

"Körpünün tikintisi üzrə işlər davam edir və onun tam başa çatdırılma tarixindən danışmaq hələ çətindir", - Mürsəliyev deyib.

Onun sözlərinə görə, həmçinin bir müddət əvvəl Bakı-Quba avtomobil magistralının 156-cı kilometrində uçan körpünün yerində salınan yeni körpünün tikintisi davam edir.

Bu körpünün iyunda istismara verilməsi planlaşdırılır.

Ötən əsrin 70-ci illərində tikilən əvvəlki körpü ikizolaqlı idisə, yeni körpü dördzolaqlı olacaq.

Xəbər lenti

Xəbər lenti