...

Azərbaycanda muzdlu işçilərin təxminən 60 faizi xidmət sahəsinə cəlb edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2012 10:57 (UTC +04:00)
2011-ci ilin mart ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1,37 milyon nəfər olub.
Azərbaycanda muzdlu işçilərin təxminən 60 faizi xidmət sahəsinə cəlb edilib

Azərbaycan, Bakı, 15 may /Trend müxbir Ə. Həsənov/

2011-ci ilin mart ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1,37 milyon nəfər olub və onların 846,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 521 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Muzdla işləyənlərin 24,5 faizi təhsildə, 19,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,3 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9 faizi informasiya və rabitə sahəsində və 14,6 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Statistika Komitəsinin məlumatına əsasən, cari ilin mart ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 394,2 manat təşkil edib ki, bu da ötən ilin yanvar-mart aylarındakı göstəricidən 8,7 faiz (378,9 manat) artıqdır.

"İqtisadiyyatın mədən sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və kommunikasiya, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti, inzibati və xidmətlər sahəsində əməkhaqqı orta səviyyədən yuxarıdır", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti