...

“KONNEKT” şirkətinin yeni filialları açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2012 11:30 (UTC +04:00)
“KONNEKT” şirkətinin yeni filialları açılıb
“KONNEKT” şirkətinin yeni filialları açılıb (FOTO)

Ölkənin ən qabaqcıl efir-kabel TV və genişzolaqlı internet xidmətləri provayderi olan "KONNEKT" şirkəti 2012-ci ildə də abunəçilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı şəhərində 8, Sumqayıt şəhərində 1 yeni xidmət filiallarını açmışdır.

Yeni açılmış filiallar xüsusi korporativ dizaynı ilə seçilən xarici görünüşə və interyerə malikdir. Üzərində "CONNECT" loqotipi olan yeni filiallar ətrafdakı ticarət obyektlərindən korporativ rəngləri və özünəməxsusluğu ilə seçilir. Yeni filialların hər biri qəbul zalına malikdir. Burada abunəçilərin istək və arzularını bildirmələri, rahat şəkildə öz növbələrini gözləmələri və "CONNECT" efir-kabel televiziyasının yayımladığı bütün telekanalları izləmələri üçün hər cür şərait yaradılıb.

Filiallar "KONNEKT" şirkətinin göstərdiyi xidmətlərin bütün spektri üzrə fəaliyyət göstərir. Yeni filiallara müraciət edərək, vətəndaşlar "KONNEKT"-in bütün xidmətləri barədə geniş məlumat ala və bu xidmətlərdən istifadəyə qoşulma üçün sifariş verə bilərlər. Eyni zamanda, "KONNEKT" abunəçiləri yeni açılan filiallarda aylıq ödənişləri həyata keçirməklə yanaşı, şirkətin xidmətləri ilə bağlı yarana biləcək bütün problemlərin həlli üçün müraciət etmək imkanına malikdirlər. Həmçinin, "KONNEKT" efir-kabel televiziya yayımına və ADSL-internet xidmətinə qoşulma, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı yeni filiallara müraciət etmək olar.

"KONNEKT" efir-kabel televiziyası və genişzolaqlı internet xidmətlərinə qoşulmaq arzusunda olan vətəndaşları və abunəçilərimizi aşağıda ünvanları göstərilən yeni filiallarımızda gözləyirik.
- Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 22 A;
- Bakı şəhəri, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi 24;
- Bakı şəhəri, 7 mkr Süleyman Sani Axundov küçəsi 8;
- Bakı şəhəri, 8 mkr, H.Hüseynov küçəsi 15;
- Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 4;
- Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 31 A;
- Bakı şəhəri, Günəşli, AB massivi Cənub hissəsi;
- Sumqayıt şəhəri, Azadlıq küçəsi bina 15/15.

Yeni texnologiyalarımız, müasir avadanlıqlarımız, yüksək peşəkar mütəxəssislərimiz və abunəçilərimizə 365 gün 24 - saat ərzində təqdim etdiyimiz dəstəklə xidmətinizdəyik!
"CONNECT"- SİZİ QOŞUR DÜNYAYA!

Tel.: Məlumat Mərkəzi 159; (+994 12) 5390159, (+994 12) 5664238 Fax: + 994 12 5663967
E-mail: [email protected]; www.connect.az

Xəbər lenti

Xəbər lenti