...

Bakı şəhərində qeyri-qanuni tullantı ərazilərinin sayı azalır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2012 11:19 (UTC +04:00)
Bakı şəhərində qeyri-qanuni tullantı ərazilərinin sayı azalır
Bakı şəhərində qeyri-qanuni tullantı ərazilərinin sayı azalır

Azərbaycan, Bakı, 29 may /Trend/

"Təmiz Şəhər" ASC-nin təşəbbüsü ilə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ilə birgə yaradılmış işçi qrup paytaxt Bakıda ətraf mühitin mühafizəsini və sanitar təmizliyi təmin etmək məqsədilə şəhər ərazisində mövcud olan qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi üzrə fəaliyyətini davam etdirir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, may ayı ərzində işçi qrup tərəfindən paytaxtda mövcud olan qeyri-qanuni tullantı sahələrində mütəmadi olaraq reydlər keçirilmişdir. Ətraf mühiti çirkləndirən şəxslərə və təşkilatlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq protokollar tərtib edilmiş və icrası məcburi göstərişlər verilmişdir.

Bakı şəhərinin ən böyük qeyri-qanuni tullantıxanalarından olan Qaradağ rayonunun Lökbatan qəsəbəsində tullantı sahəsinin fəaliyyəti dayandırılmış, əraziyə atılan bərk məişət tullantılarının Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonuna daşınması təmin edilmişdir.

Qeyd etmək lazımdır ki, "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli Sərəncamına əsasən əmələgəlmə mənbəyindən asılı olmayaraq Bakı şəhəri ərazisində yaranan bütün bərk məişət tullantıları "Təmiz Şəhər" ASC-yə təhvil verilməlidir.

Bu günə kimi işçi qrupun Bakı şəhəri ərazisində keçirdiyi reydlər nəticəsində sahəsi 200 m2 -dən böyük olan 137 qeyri-qanuni tullantı sahələrinin 36-ı artıq təmizlənmiş, 200 min m3-dən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınmış və "Təmiz Şəhər" ASC-yə təhvil verilmişdir.

Reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti