...

Azərbaycan sahibkarları güzəştli maliyyələşdirmənin 46 faizdən çoxunu mənimsəyiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2012 15:37 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirdiyi tədbir çərçivəsində Sabunçu rayonunun Ramana qəsəbəsində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 2,2 milyon manatdan çox güzəştli kredit verib.
Azərbaycan sahibkarları güzəştli maliyyələşdirmənin 46 faizdən çoxunu mənimsəyiblər

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir Ə.Həsənov/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirdiyi tədbir çərçivəsində Sabunçu rayonunun Ramana qəsəbəsində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 2,2 milyon manatdan çox güzəştli kredit verib. Trend-in məlumatına görə, bu barədə Fondun icraçı direktoru Şirzad Abdulalyev cümə axşamı jurnalistlərə bildirib.

"Bu kreditlər hesabına 370-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur", - Abdulalyev deyib.

Tədbir zamanı Sabunçu rayonunun, o cümlədən tədbirin keçirildiyi Ramana qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, müasir quşçuluq kompleksinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1071 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,7 milyon manat güzəştli kredit verilib. Bakı qəsəbələri üzrə isə 80 investisiya layihəsinin maliyyələşdirilməsinə 11,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 4070-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Abdullayev qeyd edib ki, 2011-ci ildə və bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakıətrafı kənd və qəsəbələr üzrə 290 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin maliyyələşdirilməsinə 46,1 milyon manat güzəştli kredit verilib.

Xəbər lenti

Xəbər lenti