...

Goranboyda sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2012 15:44 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Yeni Qəsəbə yaşayış massivində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Öz biznes ideyanı yarat", "Öz biznesinə başla" və "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzularında treninqlər keçirilib.
Goranboyda sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 31 may /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Yeni Qəsəbə yaşayış massivində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Öz biznes ideyanı yarat", "Öz biznesinə başla" və "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzularında treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, treninqlərdə Mərkəzin Gəncə nümayəndəliyinin, Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Qəsəbə kənd bələdiyyəsinin nümayəndələri, eləcə də 30-dan çox sahibkar və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslər iştirak edib.

İştirakçılara biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Treninqlərdə, həmçinin, www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti