...

Azərbaycanda 880 kq-dan çox yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2012 18:00 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız ərazq malları aşkar olunub.
Azərbaycanda 880 kq-dan çox yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Azərbaycan, Bakı, 31 may /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız ərazq malları aşkar olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nizami, Səbail rayonlarında, Abşeron, Füzuli, Hacıqabul, Quba, Lənkəran rayonlarında və Şəki şəhərində aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 880 kq-dan çox yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti