...

Azərbaycan iqtisadiyyatında muzdla çalışanların əməkhaqları artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend/

2012-ci il aprel ayında Azərbaycanda müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1378,9 min nəfər olub və onların 854,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 524,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, muzdla işləyənlərin 24,3 faizi təhsildə, 19,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,5 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9 faizi informasiya və rabitə sahəsində və 14,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2012-ci ilin aprel ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqları 379,9 manat təşkil edib, yanvar-aprel aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 379,1 manat olub.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, tikintidə, peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq əməkhaqqı daha yüksək olub.

Xəbər lenti

Xəbər lenti