...

AXA MBASK-ın boulinq üzrə kuboku öz sahibini tapdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2012 12:48 (UTC +04:00)
Ötən bazar günü Bakı Əyləncə Mərkəzində (BƏM) AXA MBASK Sığorta Şirkətinin boulinq üzrə Kubokunun XI illik turniri baş tutdu. Trend-in məlumata görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
AXA MBASK-ın boulinq üzrə kuboku öz sahibini tapdı

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Ötən bazar günü AXA MBASK sığorta şirkətinin boulinq üzrə kubokunun XI illik turniri baş tutub. Trend-in məlumata görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

İyunun 10-da AXA MBASK sığorta şirkətinin kuboku uğrunda boulinq üzrə növbəti ənənəvi turnir keçirilib. Yarışmada 60-dan çox komanda, o cümlədən KİV-i, bankları, xarici və yerli şirkətləri təmsil edən komandalar iştirak edib.

Turnir Bakı Əyləncə Mərkəzində keçirilib və 4 turdan ibarət olub. Səkkiz saat davam edən fasiləsiz mübarizə nəticəsində birinci yerə finalda bir partiyada ən çox xal toplayaraq "Bolşoy Prazdnik" şirkətinin komandası çıxıb. Daha sonra final protokolunda KB "Unibank" və Trend İnformasiya Agentliyi komandaları yerləşiblər.

Turnirin qalibləri yarışmanın sponsorları olan AXA MBASK, "Bolşoy Prazdnik" və "Unibank" tərəfindən qiymətli hədiyyələr əldə ediblər.

Turnirin hamıdan çox xal toplamış ən yaxşı oyunçusu - "Bolşoy Prazdnik" komandasının oyunçusu Unibank-dan 1000 manat alıb.

Qeyd edək ki, AXA MBASK-ın kuboku uğrunda boulinq üzrə illik turnir müştərilərin loyallığının artırılması proqramı çərçivəsində keçirilir və ildən-ilə bu yarış respublikada daha da populyar olur.

Hər halda iştirakçılar, KİV və sponsorlar tərəfindən artan maraq belə güman etməyə əsas verir ki, "AXA MBASK Kuboku" artıq AXA MBASK müştəriləri, işgüzar tərəf-müqabilləri və sadəcə dostları arasında boulinq üzrə ümumşəhər birinciliyi xarakteri alıb.

Xəbər lenti

Xəbər lenti