...

Bakının mərkəzində işıq-diodlu ekranların quraşdırılması üçün tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhərinin mərkəzi yerlərində işıq-diodlu ekranların quraşdırılması işlərinin satın alınması məqsədilə təkliflər sorğusu keçirir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Tenderdə iştirak etmək istəyənlər sənədləri 14 iyun 2012-ci il tarixinədək nazirliyə təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti