...

"TransCaspian" sərgisi Azərbaycanın nəqliyyat sektoruna artan marağın təsdiqidir - nazir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 14:42 (UTC +04:00)
Bakıda "Nəqliyyat, Tranzit və Loqistika" ("TransCaspian 2012") beynəlxalq sərgisinın keçirilməsi Azərbaycanın nəqliyyat sektoruna artan marağın göstəricisidir.
"TransCaspian" sərgisi Azərbaycanın nəqliyyat sektoruna artan marağın təsdiqidir - nazir (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir A.Axundov/

Bakıda "Nəqliyyat, Tranzit və Loqistika" ("TransCaspian 2012") beynəlxalq sərgisinın keçirilməsi Azərbaycanın nəqliyyat sektoruna artan marağın göstəricisidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov sərginin açılşında bildirib.

"Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası öz bəhrələrini verir. Bakıda ənənəvi hal alan mövcud sərgilər bu inkişafın bariz təsdiqidir. Sərgidə 15 ölkədən 70 şirkət iştirak edir ki, bu da Azərbaycanın nəqliyyat sektoruna olan marağı nümayiş etdirir", - Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın yol-nəqliyyat kompleksi sərgidə iştirak edən şirkətlərin çoxu ilə əməkdaşlıq edir.

"Xüsusən Azərbaycan dəmir yollarının inkişafı çərçivəsində biz onların təcrübə və texnologiyalarını işimizə cəlb edirik", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti