...

Azərbaycan Nəqliyyat Nazirliyi qanunsuz avtomobil parkinqi üzərində nəzarət sistemi tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 16:21 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qanunsuz avtomobil parkinqləri üzərində nəzarət sistemi tətbiq edir.
Azərbaycan Nəqliyyat Nazirliyi qanunsuz avtomobil parkinqi üzərində nəzarət sistemi tətbiq edir

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir A. Axundov/

Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qanunsuz avtomobil parkinqləri üzərində nəzarət sistemi tətbiq edir. Bu barədə çərşənbə günü Trend-ə mərkəzdən bildiriblər.

"Kameralarımız düzgün olmayan yerdə saxlanılan avtomobilləri aşkar etməyə, onların fotoşəkillərini çəkməyə və dövlət nömrə nişanlarını qeydə almağa imkan verir. Buna baxmayaraq, avtomobil sahibinə beş dəqiqə verilir və əgər bu müddət ərzində maşın qanunsuz yerdə qalarsa, ümumi planda və dövlət nömrə nişanı ilə təkrar fotoşəkillər çəkilir. Bu dörd şəkil cərimə haqqında protokola əlavə edilir və sürücüyə göndərilir", - mərkəzdən qeyd ediblər.

Məlumata əsasən, mövcud sistem artıq istismara hazırdır.

"Biz bu sistemin işləməsinə imkan verən qanunvericiliyin qüvvəyə minməsini gözləyirik", - mərkəzdən bildiriblər.

Hazırda mərkəz ölkənin müxtəlif şəhərlərində 44 xüsusi kamera quraşdırıb.

"Onlar şəhərin belə halların çox olduğu ərazilərində, əsasən mərkəz hissəsində quraşdırılıb", - mərkəzdən vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti