...

Azərbaycanda may ayında deflyasiya qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 11:49 (UTC +04:00)
2012-ci ilin may ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 faiz azalıb.
Azərbaycanda may ayında deflyasiya qeydə alınıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin may ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 faiz azalıb. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Mayda ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb, xidmət tarifləri 0,2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki aya nisbətən sabit qalıb.

Cari ilin başlanğıcından istehlak mallarının qiymətləri 2,5 faiz, ərzaq məhsulları 3,1 faiz, qeyri-ərzaq məhsulları 1,9 faiz, xidmət tarifləri isə 1,9 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti