...

Dənizkənarı Milli Parkın uzunluğu 33 kilometr olacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2012 15:44 (UTC +04:00)
"Böyük Bakının regional inkişaf planı" 2030-cu ilə Dənizkənarı Milli Parkın uzunluğunun (Bibi Heybət məscidindən Hövsan qəsəbəsinədək) 33 kilometrə çatdırılmasını nəzərdə tutur.
Dənizkənarı Milli Parkın uzunluğu 33 kilometr olacaq (FOTO)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Ə.Həsənov/

"Böyük Bakının regional inkişaf planı" 2030-cu ilə Dənizkənarı Milli Parkın uzunluğunun (Bibi Heybət məscidindən Hövsan qəsəbəsinədək) 33 kilometrə çatdırılmasını nəzərdə tutur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, meşə park ərazilərinin ümumi sahəsi 36 900 hektar təşkil edəcək ki, bu da Bakının indiki ərazisindən (44 min hektar) bir az azdır, Heydər Əliyev, Babək prospektləri və Keşlə qəsəbəsindəki Mikayıl Əliyev küçəsi arasında sahəsi 2 700 hektar olan istirahət və əyləncə-park zonalarının tikintisi planlaşdırılır.

Bakı zooparkı Ceyranbatan su anbarı tərəfə köçürüləcək, onun sahəsi 55 hektar təşkil edəcək. O, sahəsinə görə Moskva zooparkından (21,3 hektar) iki dəfədən çox böyük olacaq. Böyük Şor gölü ətrafında 700 hektar ərazidə idman-sağlamlıq obyektləri qurulacaq.

Təqribən 400 kilometr uzunluğunda yeni avtomobil yolları və 90 kilometr uzunluğunda sürətli dəmiryol xətləri, 1000 hektar sahədə beşmərtəbəli binalar tikiləcək, ali məktəb kampuslarının ətrafına 700 hektar, ictimai-mədəni və istirahət infrastrukturuna 1550 hektar, yeni azmərtəbəli tikintiyə 1400 hektar sahə ayrılıb.

Xəbər lenti

Xəbər lenti