...

Yevlaxın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2012 17:15 (UTC +04:00)
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Yevlax şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə tender elan edib.
Yevlaxın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilib

Azərbaycan, Bakı, 19 iyun /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Yevlax şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə tender elan edib.

ASC-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycan hökumətinin iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində Yevlax şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq.

Layihəyə əsasən, Yevlax şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin tutumu 5000 kubmetr olan 2 su anbarı tikiləcək, yüksəksıxlıqlı polietilen borularla 34,5 kilometr uzunluğunda magistral, 124 kilometr uzunluğunda paylayıcı su xətti çəkiləcək, yanğın hidrantları quraşdırılacaq. Yevlax şəhərində kanalzasiya infrastrukturunu yaxşılaşdırmaq məqsədilə yüksəksıxlıqlı polietilen borularla 129 kilometr kanalizasiya xətti çəkiləcək, 7 kilometr uzunluğunda kanalizasiya kollektoru tikiləcək. Çirkab suların normal axınını təmin etmək üçün 15 kanalizasiya-nasos stansiyası yaradılacaq.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidirlər. İddiaçı şirkətlər təkliflərini 30 iyul 2012-ci il tarixədək "Azərsu" ASC-yə təqdim edə bilərlər.

Xəbər lenti

Xəbər lenti