...

Vergilər Nazirliyi: Azərbaycan iqtisadiyyatının inkişafı nağd əməliyyatların payının azaldılmasını tələb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 16:59 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatının inkişafı, ölkədə sahibkarlıq subyektlərinin sayının və pul həcminin artması nağdsız ödənişlər infrastrukturunda dəyişiklikləri və nağd əməliyyatların payının azaldılmasını zəruri edir.
Vergilər Nazirliyi: Azərbaycan iqtisadiyyatının inkişafı nağd əməliyyatların payının azaldılmasını tələb edir

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan iqtisadiyyatının inkişafı, ölkədə sahibkarlıq subyektlərinin sayının və pul həcminin artması nağdsız ödənişlər infrastrukturunda dəyişiklikləri və nağd əməliyyatların payının azaldılmasını zəruri edir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev "Nağdsız ödənişlərin həcminin artması və POS-terminallardan istifadənin genişləndirilməsi" mövzusunda keçirilən seminarda bildirib.

"2003-cü ildən ölkənin ümumi daxili məhsulu (ÜDM) 7 dəfə, büdcə gəlirləri 12,8 dəfə, vergidən daxilolmalar 6,6 dəfə, investisiyalar 3,4 dəfə, əhalinin pul gəlirləri isə 5,3 dəfə artıb. Hazırda Azərbaycanda illik kapital qoyuluşu 35 milyon manata çatır ki, bu da ölkəni sürətlə inkişaf edən ölkələrin sırasına çıxarır. Bu şəraitdə iqtisadi təhlükəsizliyin vacib məsələsi nağdsız ödənişlərin payının artırılması olur", - Musayev qeyd edib.

Onun sözlərinə görə, bu gün ölkənin ÜDM-i 50 milyard manatı üstələyir, dövriyyədə 14 milyard manat var və onlardan 7 milyon manat nağd şəkildədir.

"Bu gün Azərbaycanın ÜDM-də nağdsız hesablaşmaların payı 7 faiz təşkil edir, halbuki Baltikyanı ölkələrdə bu göstərici 40-45 faiz, Rusiyada 32 faiz, Türkiyədə isə 25 faiz səviyyəsindədir", - Musayev deyib.

İdarə rəisi bildirib ki, Azərbaycanda bu göstərici 2005-ci ildə 2 faizdən çox artıb, lakin bu sahədə hələ görüləsi işlər çoxdur.

"Ölkənin pul dövriyyəsində nağdsız hesablaşmaların payı 2005-ci ildə 13,5 faizdən artaraq hazırda 27,6 faiz təşkil edir. Bizim üçün istiqamət əsas ticarət tərəfdaşı olan ölkələrin səviyyəsinə çatmaqdır", - Musayev vurğulayıb.

Onun sözlərinə görə, beş il ərzində bankomatların sayı 2,7 dəfə artaraq 2168 ədədə, POS-terminalların sayı isə 21 dəfə çoxalaraq 33 568 ədədə çatıb.

Xəbər lenti

Xəbər lenti